Press "Enter" to skip to content

Dünyanın ilk Neolit Konqresi Şanlıurfada keçiriləcək

Dünya Neolit Konqresi 4-8 noyabr tarixlərində keçiriləcək

Son yeniləmə: 27 Avqust 2024 09:56

BAYRAQDAR MEDİA – “Türkiyə olaraq 4-8 noyabr tarixləri arasında dünyada ilk dəfə keçiriləcək Dünya Neolit Konqresinə ev sahibliyi edəcəyik”.

Bu fikirlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin X sosial şəbəkə hesabındakı paylaşımda öz əksini tapıb.

BAYRAQDAR MEDİA xəbər verir ki, paylaşımda aha sonra deyilir: “Dünyada ən çox arxeoloji iş aparan ölkə olaraq Göbeklitəpə ilə başlayan Daş Təpələr Layihəsi ilə tarixə işıq tutan qazıntılar, konservasiya işləri və elmi nəşrlərimizlə dünya arxeologiyasının aparıcı paydaşlarından biri olduq. 64 ölkədən mindən çox iştirakçı ilə Şanlıurfada keçiriləcək bu mühüm tədbirdə türk və xarici elm adamları ilə birlikdə Neolit araşdırmalarının gələcəyini formalaşdıracağıq”.

Mission News Theme by Compete Themes.