Press "Enter" to skip to content

“AzerGold” Gəncə-Daşkəsən iqtisadi rayonunda daimi iş yerləri yaradır

Çəndə Qələviləşdirmə Zavodunda yaradılmış əmək şəraiti ilə tanışlıq

Son yeniləmə: 27 Avqust 2024 11:37

Dövlət Məşğulluq Agentliyinin sədri Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində olub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 27-də “AzerGold” QSC-dən məlumat verilib.

Bildirilib ki, “S.Əliyev “Çovdar” qızıl mədənində hasilat, ÇİRES-də qiymətli metalların emalı, tullantıların idarə olunması prosesini izləyib, ənənəvi Topaqələviləşdirmə (HLP – Heap leach pad)üsulu ilə yanaşı, Çəndə qələviləşdirmə (CIL – Carbon in leach) texnologiyası ilə qiymətli metalların emalını həyata keçirən Çəndə Qələviləşdirmə Zavodunda yaradılmış əmək şəraiti ilə tanış olub. Məlumat verilib ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda daimi iş yerləri yaradaraq, məşğulluğun artırılmasına, vətəndaşların tam təhlükəsiz, əlverişli əmək şəraiti ilə təmin edilməsinə davamlı töhfələrini verir. Hazırda Səhmdar Cəmiyyət və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin ümumi işçi sayının 1000 nəfərə yaxın olduğu, uzunmüddətli podratçı şirkətlərlə bərabər yaradılmış iş yerlərisayının isə 2400-ə çatdığı qeyd olunub”.

Məlumata görə, 2024-cü il ərzində Daşkəsən rayonu üzrə 44 nəfər Agentliyin göndərişi əsasında “AzerGold” QSC və onun podratçı şirkətlərində işlə təmin edilib: “İşə qəbul prosesində yerli sakinlərə, xüsusilə şəhid ailəsi üzvləri və müharibə iştirakçılarına üstünlük verildiyi, onlarınbilik və bacarıqlarına uyğun olaraq, elektron qaydada, tam şəffaf, ədalətli şəkildə əmək fəaliyyətinə cəlb edildikləridiqqətə çatdırılıb. Bundan başqa, QSC-nin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması istiqamətində Dövlət Məşğulluq Agentliyi ilə birgə layihə icra edildiyi, ucqar kəndlərdə yaşayan qadınlarla maarifləndirici görüşlərin təşkil edildiyi, onların özünüməşğulluq proqramları və digər əmək fəaliyyətlərinə yönəldildikləri qeyd olunub. Layihənin müsbət nəticələri fonunda bu istiqamətdə birgə əməkdaşlığın davam etdirildiyi bildirilib. Eyni zamanda, “AzerGold” QSC-nin inkişaf strategiyasına uyğun olaraq, layihələrin icrası dövründə yüzlərlə yeni iş yerinin açılması ilə məşğulluğun artırılmasına böyük töhfələrin verilməsininnəzərdə tutulduğu diqqətə çatdırılıb”.

Xəbərdə qeyd edilir ki, tanışlıq səfərindən məmnunluğunu ifadə edən DMA-nın İdarə Heyətinin sədri S.Əliyev “AzerGold” QSC tərəfindən dağ-mədən sahəsində həyata keçirilən uğurlu fəaliyyətin qeyri-neft sektoru üzrə ölkə iqtisadiyyatının inkişafı, xüsusilə Gəncə-Daşkəsən iqtisadi rayonunun sosial-iqtisadi tərəqqisi, əhalinin məşğulluğunun artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.