Press "Enter" to skip to content

ATƏT müşahidəçiləri Mətbuat Şurasında olublar

Sözügedən müzakirə

BAYRAQDAR MEDİA – “Avqustun 27-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahisə Missiyasının rəhbəri Ditmir Buşati və missiyanın media analitiki Kira Kalinina Azərbaycan Mətbuat Şurasında olub. Onlarla görüşdə MŞ İdarə Heyətinin üzvləri – qurumun Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli, komissiyanın təmsilçiləri Yeganə Hacıyeva və Azər Həsrət, həmçinin Şuranın icraçı katibi Əvəz Rüstəmov iştirak edib”.

Xəbər BAYRAQDAR MEDİA-ya MŞ-dən daxil olub.

Bildirilir ki, “qonaqlar, əsasən ölkəmizdə medianın seçkidə iştirakı ilə bağlı məsələlərə dair suallar ünvanlayıblar. Məlumat verilib ki, MŞ-nin seçki ilə bağlı fəaliyyəti iki hissəyə bölünür. Birincisi, seçkiqabağı təbliğat-təşviqat mərhələsində media orqanlarının monitorinqi, ikincisi seçki günü medianın prosesi işıqlandırması vəziyyətini diqqətdə saxlamaqdır”.

Daha sonra “qeyd edilib ki, monitorinq ölkənin tanınmış, ictimai rəyə təsir göstərən media subyektlərində aparılır, əsasən ədalətli rəqabətə zərər gətirən “qara piar” təmayülləri diqqətdə saxlanılır, belə hallar baş verdiyi təqdirdə bunun yolverilməzliyinə dair müvafiq tövsiyələr ünvanlanır. Seçki günü isə Şuranın əvvəlcədən müəyyənləşdirilmiş mobil və şəhər telefon nömrələri “qaynar xətt” rejimində fəaliyyət göstərirlər. Prosesi işıqlandıran jurnalistlər səsvermə başladığı andan bitənədək həmin nömrələrlə əlaqə saxlayaraq mümkün çətinlik və anlaşılmazlıqlar barədə məlumat vermək imkanı qazanırlar. Mövcud prosedur Milli Məclisə bu il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə də tətbiq olunacaq. Bundan başqa seçki günü MŞ İdarə Heyətinin jurnalist və Mərkəzi Seçki Komissiyasında müşahidəçi kimi qeydiyyata alınmış üzvləri də seçkidə jurnalistlərin iştirakının monitorinqini aparacaq, ayrı-ayrı məntəqələrdə onlara yaradılmış şəraitlə tanış olacaqlar”.

Sonda bildirilir ki, “qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş görüşdə media təmsilçilərinin seçkini işıqlandırmaları ilə bağlı müxtəlif ayrıntılar müzakirə olunub, xarici təcrübədən söz açılıb, habelə ümumən Mətbuat Şurasının fəaliyyət istiqamətlərinə, beynəlxalq əlaqələrinə nəzər salınıb”.

Mission News Theme by Compete Themes.