Press "Enter" to skip to content

156 minə yaxın uşağa noutbuk veriləcək

Türkmənsitan məktəbliləri

Son yeniləmə: 27 Avqust 2024 11:28

BAYRAQDAR MEDİA – 2024-cü ildə Türkmənistanda birinci sinfə qədəm qoyan 155 min 641 uşağa Prezident Serdar Berdimuhamedovun adından milli istehsal olan “Bilimli” markalı noutbuklar hədiyyə ediləcək.

Bu barədə “Türkmənistan” qəzetinə istinad edən turkmenportal.com saytı məlumat yayıb.

Məlumata görə dövlət başçısının 2024-cü il martın 23-də imzaladığı sərəncama əsasən, Türkmənistanın Təhsil Nazirliyinə ölkədə istehsal olunan lazımi sayda noutbukların alınması, avqustun 1-dək onların təhsil müəssisələrində quraşdırılması və texniki xidmət göstərilməsinin təmin edilməsi tapşırılıb: “O vaxtdan bəri aktiv iş aparılıb, bütün tapşırıqlar tam yerinə yetirilib. Dövlət başçısının adından birinci sinif şagirdlərinə təqdim olunacaq 155 min 641 ədəd “Bilimli” markalı noutbukun yarısı, yəni 77 min 821 ədəd noutbuk Türkmənistan Sənaye və Tikinti İstehsalat Nazirliyi tərəfindən “Aıdyň Gijeler” İqtisadi Təşkilatı ilə birgə hazırlanıb. Bu noutbuklar Türkmənistan prezidentinin adından Aşqabad, Arkadağ, eləcə də Ahal, Məryəm və Lebap vilayətində birinci sinif şagirdlərinə hədiyyə olunacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.