Press "Enter" to skip to content

11 il sonra yenidən “Xoş gəldin”

Tünzalə Ağayeva və Nadir Rüstəmli

BAYRAQDAR MEDİA – Xalq artisti Tünzalə Ağayeva yeni duetini təqdim edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya T.Ağayevanın mətbuat katibi Sevda Bayramova məlumat verib.

Bildirilib ki, “pop ulduz bu dəfə gənc müğənni, “Avroviziya” iştirakçısı, “The Voice” səs yarışmasının qalibi Nadir Rüstəmli ilə bir araya gəlib. Estrada ulduzları 2013-cü ildə çıxan “Xoş gəldin” mahnısına yeni nəfəs veriblər. Onların duetləri böyük maraqla qarşılanıb”.

Məlumata görə Xalq artisti yaranan duetlə bağlı təəssüratlarını bölüşüb: “Nadir Rüstəmli böyük səs diapazonuna malikdir. Bu mahnının öhdəsindən özünəməxsusluqla, məharətlə gəldi. Mən çox bəyəndim duetimizi və inanıram ki, mahnımın duet versiyası da çox seviləcək”.

Qeyd edək ki, sözügedən duet Heydər Əliyev Mərkəzinin parkında gerçəkləşən “Yay festivalı” adlı bağlanış konsertində səsləndirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.