Press "Enter" to skip to content

Xəzərin Sumqayıt sahili tullantılardan təmizlənib

Zibil təmizləmə

BAYRAQDAR MEDİA – “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyası Xəzərin Sumqayıt sahilində keçirilib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “ETSN, “SOCAR Polymer” zavodunun əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə keçirilən iməcilik zamanı sahil zolağı 300 kiloqrama yaxın tullantıdan təmizlənib. “Təmiz ölkəm” təmizlik aksiyalarının keçirilməsində məqsəd təbiət ərazilərinin daimi təmizliyini təmin və təşviq etmək, məişət tullantılarının atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir”.

Mission News Theme by Compete Themes.