Son yeniləmə: 26 Avqust 2024 07:55
BAYRAQDAR MEDİA – Eskişehir valisi Hüseyn Aksoy 26 Avqust – Malazgirt Zəfəri münasibəti ilə mesaj yayımlayıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, vali mesajında aşağıdakı ifadələrdən istifadə edib: “Malazgirt döyüşü millətimizin taleyini dəyişdirən ən şanlı qələbələrimizdən biridir. 1071-ci il avqustun 26-da şəhidliyi göz önünəı alan Sultan Alparslan başda olmaqla şanlı ordumuz özündən dörd qat böyük olan Bizans ordusunu darmadağın edərək Anadolunun qapılarını türk millətinə geniş açaraq buranı əbədi vətən etdi”.
Valinin mesajında “Malazgirt zəfərinin 953-cü ildönümündə Anadolunu əbədi vətənimiz edən Sultan Alparslanı və ordusunda olan hər bir əsgərimizi rəhmətlə yad edirəm. Min ildir bu torpaqları vətənimizə çevirmək üçün canını fəda edən bütün şəhidlərimizə, qazilərimizə təşəkkürümü bildirirəm. 26 Avqust – Malazgirt Zəfəri mübarək olsun” sözləri də qeyd edilib.