Son yeniləmə: 26 Avqust 2024 07:55
BAYRAQDAR MEDİA – 2024-cü ilin ilk 7 ayında Türkiyəyə gələn turistlərin ümumi sayı keçən ilin eyni dövrü ilə müqayisədə 8,27 faiz artaraq 28 milyon 978 min 471 nəfərə çatıb.
Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin X sosial şəbəkə hesabından paylaşım edilib.
Paylaşımda deyilir ki 2024-cü ilin yanvar-iyun aylarında 4 milyon 492 min 105 nəfər xaricdə yaşayan türklər,33 milyon 470 min 576 nəfər isə əcnəbi turistlər Türkiyəyə səfər edib.
Bildirilib ki, “İlin ilk 7 ayında Türkiyəyə ən çox səfər edən ölkələr siyahısında 3 milyon 611 min 218 turist ilə Rusiya Federasiyası birinci, Almaniya 3 milyon 502 min 628 turist ilə ikinci, İngiltərə üçüncü olub. 2 milyon 434 min 333 turist ilə İran və Bolqarıstan dördüncü və beşinci yerləri bölüşdürüblər. İyul ayında Türkiyəyə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,60 faiz artaraq 7 milyon 333 min 812 nəfərə çatıb. İyul ayında ən çox turist göndərən ölkələr siyahısında Almaniya 1 milyon 35 min 466 turist ilə birinci, ikinci və üçüncü yerdə isə Rusiya Federasiyası və İngiltərə qərarlaşıb”.