Press "Enter" to skip to content

Türk dünyası üçün tarixi önəm kəsb edən səfər

Hulusi Kiliç

Son yeniləmə: 26 Avqust 2024 10:32

Hulusi Kılıç: Azərbaycan bu gün türk dünyasının daha da sıx inteqrasiyası, daha da güclənməsi üçün atılan addımlarda bayraqdar rolunda çıxış edir

BAYRAQDAR MEDİA – “Bu gün türk dünyası tarixdə olmadığı qədər daha sıx inteqrasiya edir. Atılan inamlı addımlar türk dünyasını hər keçən gün daha da gücləndirir. Bu da səbəbsiz deyil. Təməlində Türkiyə-Azərbaycan qardaşlığı, birliyi və müttəfiqliyi dayanan əlaqələr digər türk dövlətləri üçün də nümunə təşkil edir. Eyni zamanda, getdikcə ortaya yeni-yeni nümunələr qoyulur”.

Bunu BAYRAQDAR MEDİA-ya dəyərləndirməsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana son səfərini də bu kontektsdən dəyərləndirmək olar: “Mən bu səfərə keçməzdən öncə cənab Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimindən sonrakı çıxışındakı bir məqamı xatırlatmaq istəyirəm. Həmin çıxışında cənab İlham Əliyev “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır” deyə bəyan etmişdi. Ötən qısa zaman ərzində baş verənlər Azərbaycan dövlət başçısının digər məsələlərdə olduğu kimi bu məsələdə də qətiyyətli mövqe sərgilədiyini bir daha təsdiq etdi. Yəni Azərbaycan bu gün türk dünyasının daha da sıx inteqrasiyası, daha da güclənməsi üçün atılan addımlarda bayraqdar rolunda çıxış edir”.

H.Kılıç bildirib ki, Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri çərçivəsində imzalanmış Azərbaycan ilə Özbəkistan arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilə bütün türk dünyası ölkələri üçün uğurlu qarşılıqlı fəaliyyətin bariz nümunəsidir: “Ümumiyyətlə Azərbaycan Preizdentinin Daşkəndə səfəri tarixi səfər kimi dəyərləndirilməlidir. Əvvəla ona görə ki, tərəflər arasında mühüm sənədlər imzalandı. Digər tərəfdən isə bu səfər Türk Dövlətləri Təşkilatının gələcəyi baxımından da mühüm önəm kəsb edir. Belə deyək ki, Azərbaycan-Özbəkistan əlaqələri Türk Dövlətləri Təşkilatı üçün əməkdaşlıq modeli kimi dəyərləndirilə bilər”.

Mission News Theme by Compete Themes.