Press "Enter" to skip to content

MEK-də Mehriban Əliyeva virtual sərgisi

Bu gün onun doğum günüdür

BAYRAQDAR MEDİA – Avqustun 26-sı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən virtual sərgi hazırlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan sərgidə “Mehriban Əliyeva. Həyatın 100 anı”, “Mehriban Əliyeva. Azərbaycan mədəniyyətinin hamisi”, “Ümid qapısı”, “Humanizmlə qətiyyətin vəhdəti”, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi”, “Azərbaycanın Mehriban siması”, “Missiya”, “Xoşməramlı səfir” üç cilddə, “Mehriban Əliyeva. Tərəqqi və yüksəliş yolları” iki cilddə, “Heydər Əliyev Fondunun timsalında Azərbaycan fond siyasəti”, “Heydər Əliyev Fondunun Azərbaycan Respublikasında təhsil, səhiyyə, idmanın inkişafı və milli-mənəvi dəyərlərin qorunması sahəsində fəaliyyəti”, “Heydər Əliyev Fondu”, “Əbədiyaşar bəşəri fəlsəfə – dialoq” və digər dəyərli məlumatlar Azərbaycan və xarici dillərdə təqdim olunur. Kitablarda M.Əliyevanın ali bəşəri dəyərlərə əsaslanan, dövlətimizin milli maraqlarını rəhbər tutan zəngin çoxşaxəli elmi, humanitar-siyasi fəaliyyəti sosioloji və politoloji rakursdan təhlil olunur. Nəşrlərdə, həmçinin birinci xanımın xeyriyyəçilik, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələri yer alıb”.

Virtual sərgidə nəşrlərlə yanaşı, yubilyarın bioqrafiyası, təltifləri, mükafatları və fəxri adları, eləcə də ölkənin Birinci vitse-prezidentinin iştirak etdiyi tədbirlər, görüşlər, müsahibələrindən fotoşəkillər də əksini tapıb.

Qeyd edək ki, oxucular MEK-də təşkil edilən eyniadlı ənənəvi sərgidə nəşrlərlə yaxından tanış ola bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.