Son yeniləmə: 26 Avqust 2024 12:16
Hasan Tasoy Ünal Üsteli teledebata çağırıb
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) hakim Ulusal Birlik Partiyası növbəti qurultaya hazırlaşır. Lakin bu hazırlıq ciddi gərginliklə müşahidə edilir.
Bunu Kıbrıs Postasının məlumatı da təsdiqləyir.
Məlumatda qeyd edilir ki, UBP sədrliyinə namizəd Hasan Taçoyla digər namizəd, hazırki sədr və baş nazir Ünal Üstel arasında söz dueli davam edir.
Belə ki, H.Taçoy sentyabrın 21-də keçiriləcək qurultay öncəsi Ünal Üsteli canl yayımda debata dəvət edib. Lakin Ü.Üstel bu çağırışıa “UBP-ni nə məhkəmələrdə, nə də televiziyada müzakirə olunmasına icazə verməyəcəyik” cavabını verib. Ü.Üstelin açıqlamalarından sonra isə H.Taçoy da açıqlama verərək, “Özünə güvəni olan sivil müzakirədən çəkinməz”deyib.