Press "Enter" to skip to content

DSMF daha bir ali mükafata layiq görülüb

“Ən Yaxşı Pensiya Fondu” ali mükafatı

Son yeniləmə: 26 Avqust 2024 15:22

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Böyük Britaniyada yerləşən “International Finance” mötəbər beynəlxalq qurumunun “International Finance Awards” beynəlxalq müsabiqəsində də uğur qazanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 26-da Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Fondun təqdim etdiyi iş müsabiqənin üç mərhələsinin hər biri üzrə münsiflər tərəfindən maksimum balla qiymətləndirilib və DSMF müsabiqədə “Ən Yaxşı Pensiya Fondu” ali mükafatına layiq görülüb. Müsabiqəyə Azərbaycandan qoşulan qurumlar arasından eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də müvafiq kateqoriyaüzrə mükafatla təltif edilib”.

Məlumata görə, “International Finance Awards” müsabiqəsi beynəlxalq platformada sənaye mərkəzlərinin iqtisadi və sosial inkişafını, liderlik bacarıqlarını, müasir texnologiyalardan istifadə potensialı və davamlı innovasiyalarını təşviq etmək məqsədilə keçirilir: “Müsabiqədə ölkəmizlə yanaşı, Avstraliya, Avstriya, İspaniya, Portuqaliya, Malayziya, Misir, İtaliya, Birləşmiş Krallıq, Fransa, Çin, İndoneziya, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və digər ölkələrdən qurumlar iştirak ediblər. Bu, 2024-cü ilin 8 ayı ərzində DSMF-nin layiq görüldüyü 21-ci, son üç il və cari ilin ötən dövrü ərzində isə 44-cü beynəlxalq mükafatdır”.

Mission News Theme by Compete Themes.