Son yeniləmə: 26 Avqust 2024 07:04
BAYRAQDAR MEDİA – Gürcüstanda fəaliyyət göstərən banklar “Zolotaya Korona” pul köçürmə sistemi ilə əməkdaşlığı dayandırıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, TBC Bank “Zolotaya Korona” sekmesini öz tətbiqindən tamamilə çıxarıb, Riko xidməti əvvəllər göndərilmiş ödənişləri vermir və “Bank of Georgia” köçürmələri rədd edir”.
Məlumatda xatırladılır ki, bu yaxınlarda ABŞ Maliyyə Nazirliyi Rusiyanın maliyyə sektorunda fəaliyyət göstərən üç şirkətə, “Atol”, “Diasoft” və Maliyyə Texnologiyaları Mərkəzinə (CFT) qarşı sanksiyalar tətbiq edib. “Zolotaya Korona” da məhz Maliyyə Texnologiyaları Mərkəzi (CFT) ilə sıx bağlıdır.