BAYRAQDAR MEDİA – 23 avqust 2012-ci il tarixində Bişkekdə Türk Şurasının Sammitində Türk Dövlətlərinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının qərarı ilə paytaxtı Bakıda Türk Mədəniyyəti və İrsi Fondu təsis edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.
Xəbərdə deyilir ki, “türk dünyagörüşünə görə 12 illik “muşol jas” dövrü yenilənmə simvolu deməkdir. Bu mənada, Fond fəaliyyət göstərdiyi 12 il ərzində Türk Dövlətləri Təşkilatı (TDT), Türksoy, Türk Akademiyası, TürkPA, Türk İnvestisiya Fondu kimi müttəfiq Türk təşkilatları ilə əməkdaşlıq edərək əhəmiyyətli uğurlar qazanıb, Türk xalqlarının zəngin mədəniyyəti və irsinin öyrənilməsi və təbliği istiqamətində bir çox unikal layihələr həyata keçirib, Türk dünyası ölkələri arasında mövcud mədəni əlaqələri daha da möhkəmləndirib. Qeyd edilib ki, Fond bundan sonra da bu mühüm missiyanı davam etdirərək üfüqləri genişləndirməyə çalışacaq, Türk dünyasının maddi və mənəvi dəyərlərinin qorunması, təbliği üçün birgə daha çox işlərə imza atacaq”.
Həmçinin Fond bütün tərəfdaşlarına əvəzsiz dəstək və əməkdaşlıqlarına görə dərin minnətdarlığını bildirib.