Son yeniləmə: 23 Avqust 2024 11:06
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın BMT-dəki (BMT) daimi nümayəndəsi səfir Lyubomir Frckovski tutduğu vəzifədən istefa verib.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, “L.Frckovski istefa ərizəsini prezident Gordana Siljanovska Davkovaya təqdim edib”.
Xəbərdə deyilir ki, bir müddət əvvəl xarici işlər və xarici ticarət naziri Timço Mucunski, L.Frckovskinin maliyyə pozuntusu iddiaları səbəbiylə Xarici İşlər Nazirliyinə çağırıldığını, lakin səhhətindəki problemlər səbəbiylə görüşün hələ baş tutmadığını bildirmişdi.
Məlumata əsasən, keçmiş daxili işlər və xarici işlər naziri olmuş Lyubomir Frckovski o vaxtkı prezident Stevo Pendarovskinin qərarı ilə 2022-ci ildə BMT-dəki daimi nümayəndə vəzifəsinə təyin edilib.