BAYRAQDAR MEDİA – Avqustun 23-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qazaxıstana səfəri başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək, eləcə də ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq”.