Press "Enter" to skip to content

Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar

Adlar təqdim edilərkən

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin 22 iyul 2024-cü il tarixli Sərəncamı ilə Özbəkistanın tanınmış estrada müğənnisi, bəstəkar, aktyor Fərrux Zakirov “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “bu il avqustun 6-da isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Polad Bülbüloğlu “Özbəkistan Respublikasının Xalq artisti” fəxri adı ilə təltif edilib. Avqustun 22-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddəki Forumlar Sarayında hər iki sənətkara fəxri adların təqdimetmə mərasimi keçirilib. Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, iki qardaş ölkənin tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər”.

Sonra xəbərdə, “A.Kərimli F.Zakirovun təltif edilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamını oxuyub. Özbəkistan Prezidenti Administrasiyasının nümayəndəsi isə P.Bülbüloğlunun təltif olunması haqqında Ş.Mirziyoyevin Sərəncamını diqqətə çatdırıb. Sonra fəxri adların nişan və vəsiqələri sahiblərinə təqdim olunub. Mükafatlandırılan sənətçilər çıxış edərək yaradıcılıqlarına verilən yüksək qiymətə görə qardaş ölkələrin rəhbərlərinə minnətdarlıqlarını bildiriblər”.

Sonda xatirə şəkilləri çəkdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.