Son yeniləmə: 22 Avqust 2024 09:19
BAYRAQDAR MEDİA – Avqustun 21-də Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) inzibati binasında vətəndaşları qəbul edib.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “qəbul zamanı ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib”.