Press "Enter" to skip to content

Musiqili Teatr mövsümə Milli Musiqi Günündə başlayır

Azərbaycan Dövlət Akademik Musiqili Teatr

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrı (ADAMT) hər il olduğu kimi, 115-ci mövsümündə də maraqlı layihələrlə teatrsevərlərin görüşünə gələcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “mövsümün açılışı 18 Sentyabr – Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” (quruluşçu rejissor Cənnət Səlimova) tamaşası ilə başlayacaq. Dörd gün ardıcıl davam edəcək ənənəvi “Üzeyir Hacıbəyli Həftəsi” çərçivəsində bəstəkarın “Leyli və Məcnun” (quruluşçu rejissor və libretto müəllifi Samir Qulamov), “Ər və arvad” (quruluşçu rejissor Yusif Əkbərov), “Arşın mal alan” (quruluşçu rejissor Elvin Mirzəyev, bərpaçı rejissor Əhəd Hacıyev) tamaşaları da nümayiş olunacaq. Sentyabrın 22-də “Nəğməmə inan” (Polad Bülbüloğlu, Mixail Şerbaçenko, quruluşçu rejissor Cavid İmamverdiyev), 28-də “Qızıl toy” (Oqtay Kazımi, Ramiz Heydər, quruluşçu rejissor Yusif Əkbərov), 29-da Bəxtiyar” (Tofiq Quliyev, səhnələşdirən və quruluşçu rejissor Cavid İmamverdiyev) səhnə əsərləri oynanılacaq”.

Qeyd edək ki, teatrda məşqləri uğurla davam etdirilən “Bir qalanın sirri” (Rauf Hacıyev, Məhəmmədhüseyn Təhmasib, quruluşçu rejissor və səhnələşdirən Elməddin Dadaşov), “Əliqulu evlənir” (Oqtay Rəcəbov, Sabit Rəhman, libretto müəllifi və quruluşçu rejissor İlham Namiq Kamal), “Palata” (Anton Çexov, quruluşçu rejissor Ər-Toğrul), “Killerdən teleqram” (Pərviz Seyidli, quruluşçu rejissor Zaur Əliyev) və digər tamaşaların premyeralarına hazırlıq işləri də görülür.

Yaradıcı heyət ilboyu istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarlarda maraqlı layihələrdə çıxış edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.