Press "Enter" to skip to content

İncəsənət üzrə sənəd qəbulunun müddəti uzadılıb

Mədəniyyət Nazirliyi

BAYRAQDAR MEDİA – Musiqi, incəsənət məktəb və mərkəzlərinə sənəd qəbulunun qeydiyyat müddəti uzadılıb.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə qeyd olunur.

Xəbərdə bildirilir ki, “Nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üçün qəbul imtahanlarında uğurlu nəticə göstərmiş namizədlərin elektron sistem üzərindən “my.culture.az” vahid şəxsi kabineti vasitəsi ilə zəruri sənədlərini yükləyərək təhsil alacaqlarını təsdiq etmələri üçün son tarix 15 avqust müəyyən edilmişdi. Məzuniyyət və yay tətili günləri ilə əlaqədar bu müddətin artırılması barədə Nazirliyə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə şəxsi kabinet vasitəsi ilə qeydiyyat müddəti cari ilin 25 avqust tarixinə qədər uzadılıb”.

Mission News Theme by Compete Themes.