Press "Enter" to skip to content

İlham Əliyev qardaş ölkəyə gedib

Daşkənd şəhərində

BAYRAQDAR MEDİA – Avqustun 22-də Prezident İlham Əliyev qardaş Özbəkistana dövlət səfərinə gedib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Bildirilir ki, ölkə başçısınının şərəfinə İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında fəxri qarovul düzülüb. Prezidenti və onu müşayiət edən xanımı Mehriban Əliyevanı, həmçinin onların qızı Leyla Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov qarşılayıb.

Qarşılanmadan sonra Prezident Daşkənddə Heydər Əliyevin abidəsinə baş çəkib, Ümummilli Liderin xatirəsini yad edib.

Bunun ardınca Prezident, birinci xanım və onların qızı Daşkənddə Müstəqillik abidəsini ziyarət edib, oraya çələng qoyub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.