Press "Enter" to skip to content

Bahalaşan internet işığında duruma bir nəzər

Osman Gündüz

BAYRAQDAR MEDİA – İnternetin bahalaşması, internet bağlantısından imtina və “şərikli internet”, Antiinhisarın bununla bağlı qərarından sonrakı vəziyyət və Starlink haqqında:

1.Antiinhisarın məlum qərarının olmasına baxmayaraq Aztelekom dövlət şirkətinin, sektorun təbii inhisarçısının yerli qovşaqları ödənişləri artıq yeni tariflər üzrə tələb edirlər. Bununla bağlı ciddi narazılıqlar da müşahidə olunur;

2.Qanunvericiliyə görə, Antiinhisar Dövlət Xidmətinin araşdırması əsasında inhisarçının haqsız olması sübuta yetirilərsə vətəndaşlardan internet xidməti üzrə alınan artıq ödənişlər geri qaytarılmalıdır və tariflər əvvəlki qaydada tətbiq edilməlidir.
Odur ki, müqavilə və ödəniş sənədlərini saxlamaq doğru olardı;

3.Yerlərdən daxil olan məlumatlar, sosial mediada yazılanlar onu göstərir ki regionlarda internetdən imtina edənlər və “şərikli internet”ə üstünlük verən ailələr artıb. Əlbəttə, indiki halda ikincisi daha doğru seçim olardı. Burada hansısa qanun pozuntusu yoxdur. Biz də yeni yüksək tariflərlə bağlı problemlə üzləşən regionlardakı istifadəçilərə, yüksək sürətlərə və yüksək ödənişə imkanı olmayanlara internetdən imtinaya deyil, “şərikli internet”ə üstünlük verməyi tövsiyə edirik;

4.Yeni ödənişlər üzrə xidmət alanlar 100 Mbit/s sürət əldə edə bilmədiklərini açıqlayırlar. Bunun belə olacağı öncədən də bəlli idi. Aztelekom Delta-dan imtina edib yeni magistral provayderə çevriləndən sonra belə bir infrastruktura sahib deyildi. Yəni necə deyərlər, “çəkidə aldatmaq” davam edəcək. Odur ki, istifadəçilərin bu faktları rəsmiləşdirərək provayderə, İKTA və Antiinhisara göndərməsi, sosial mediada ictimailəşdirməsi faydalı olardı. İKTA -nın bununla bağlı faydalı bir e-şikayət sistemi də var.

5.Starlink peyk operatorunun ölkəmizdə fəaliyyətə başlaması istiqamətində RİNN və Azərkosmos-un addımları təqdirəlayiqdir. Hədsiz ucqar ərazilərə keyfiyyətli internet üçün bahalı infrastruktur qurmaq əvəzinə alternativlərə üstünlük vermək məntiqlidir.

6.Sektorun tənzimləyici qurumu olan İKTA hələ də internetin minimal tarif artımına, internet xidməti alanların seçim imkanlarının məhdudlaşdırılmasına və Antiinhisarın qərarına münasibət bildirməyib…

Mission News Theme by Compete Themes.