BAYRAQDAR MEDİA – Türkiyədə, Kütahyanın Tavşanlı rayonunda nadir tapıntı aşkar edilib.
Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy özünün X sosial şəbəkə hesabından paylaşım edib.
Paylaşımda qeyd edilir ki, aparılan qazıntılar 3750 illik silindir möhürün üzə çıxarılması ilə Anadolu tarixinə yeni işıq salıb: “Bu qiymətli tapıntı Anadolunun doğu ilə batı arasındakı ticarət yollarında mühüm rol oynadığını ortaya qoyur. Tavşanlı Höyük mədəni irsimizin zənginliyini və müxtəlifliyini bir daha sübut etdi. Türkiyənin hər yerində mədəni dəyərlərimizi qorumaq və gələcəyə miras qoymaq üçün əzmlə çalışmaqda davam edirik. Layihə üzərində işləyən @kazardb və qazıntı komandamıza ürəkdən təşəkkür etmək istərdim”.