Press "Enter" to skip to content

Qırğızıstan Rusiya bankları ilə köçürmələri dayandırıb

Bişkek

Son yeniləmə: 21 Avqust 2024 08:58

BAYRAQDAR MEDİA – Qırğızıstanın mühüm banklarından biri olan Qırğızıstan MBankı Rusiya bankları vasitəsilə pul köçürmələrini dayandırıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə, Qırğızıstan MBankı məsələ ilə bağlı açıqlama verərək, Rusiya banklarından, xüsusilə Sberbank, Tinkoff və MTS vasitəsilə pul köçürmələrinin hər iki istiqamətdə dayandırıldığını bildirib : “Bildirmək istərdik ki, Rusiya bankları, o cümlədən Sberbank, Tinkoff və MTS vasitəsilə pul köçürmələri 16 avqust 2024-cü il tarixindən etibarən hər iki istiqamətdə dayandırılıb. Bu xidmət müvəqqəti olaraq qeyri-müəyyən müddətə əlçatmaz olacaq”.

Açıqlamada bankın xarici valyuta köçürmələrinin rublla aparılan əməliyyatlara görə sanksiyalara məruz qalmayan banklar vasitəsilə həyata keçiriləcəyi vurğulanıb. Bu qərarın nə qədər qüvvədə olacağı hələlik məlum deyil.

Mission News Theme by Compete Themes.