Press "Enter" to skip to content

Müəllimlərin və təlim ustalarının vakansiya seçimi

Seçim olacaq

Son yeniləmə: 21 Avqust 2024 20:57

BAYRAQDAR MEDİA – Avqustun 21-də 2024/2025-ci il tədris ili üçün Elm və Təhsil Nazirliyi (ETN) sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən daxil olub.

Xəbərdə deyilir ki, “test imtahanı mərhələsində uğur qazanaraq keçid balını keçən namizədlər 25 avqustadək onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə 8 vakant yer seçə bilərlər. Test imtahanı mərhələsinin nəticəsində ümumilikdə 485 namizəd vakansiya seçiminə buraxılıb. Müsahibələrin Bakı, Gəncə, Qəbələ, Cəlilabad və Naxçıvanda keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabradək aparılacaq.

Mission News Theme by Compete Themes.