Press "Enter" to skip to content

İctimai dinləmə keçiriləcək

İctimai dinləmə

BAYRAQDAR MEDİA – Avqustun 23-ü saat 15:00-da qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədi ilə Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “aidiyyəti dövlət qurumlarının, tikinti şirkətlərinin, ekspertlərin, layihə icraçılarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Bakı şəhəri üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün tədbir iştirakçılarının fikirləri öyrəniləcək. Həmçinin Şəki və Cəlilabad rayonlarında qurumuş ağacların götürülməsinə dair müraciətlər üzrə fikir mübadiləsi aparılacaq”.

Mission News Theme by Compete Themes.