Son yeniləmə: 21 Avqust 2024 14:21
BAYRAQDAR MEDİA – Bolqarıstanda siyası gərginlik səngimir. Bu arada GERB lideri Boyko Borisov siyasətdəki son vəziyyəti dəyərləndirmək üçün mətbuat konfransı keçirib.
Radio Bolqarıstan xəbər verir ki, B.Borisov müvəqqəti hökumətdəki daxili işlər naziri Kalin Stoyanovun tutduğu vəzifədən uzaqlaşdırılmasını, Prezident Rumen Radev və baş nazir Dimitar Qlavçevdən tezliklə növbədənkənar ümumi seçkilərlə bağlı addımın atılmasını tələb edib.
Boyko Borisov, “Dünən biz qəbuledilməz hərəkətlər gördük. Daxili işlər naziri prezident kürsüsü qarşısında yumruğunu qaldırdı. Buna heç vaxt icazə verilə bilməz” deyib.