Son yeniləmə: 21 Avqust 2024 11:25
BAYRAQDAR MEDİA – Denizlidə iki bulvara keçmiş baş nazirlər Bülent Ecevit və Necmettin Erbakanın adlarının verilməsi məsələsi müzakirə edilib.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Bildirilib ki, Bələdiyyə məclisinin toplantısında sədr Bülent Nuri Çavuşoğlunun təklifi ilə Kıbrıs Barış Hərəkatının zəfərlə bağlandığı tarixi 2-ci Kipr Sülh Əməliyyatının 50-ci ildönümü şərəfinə şəhərin iki bulavarına Hərəkatın baş qəhrəmanları, keçmiş baş nazirlər Bülent Ecevitin və Necmettin Erbakanın adının verilməsi qərarlaşdırılıb.