Son yeniləmə: 21 Avqust 2024 08:48
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyə Məclisinin növəbti yığıncağı bir sıra qərarlarn qəbulu ilə yadda qalıb.
Bu sırada tələbələri sevindirəcək qərarlar da var.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Məlumata əsasən, universitet tələbələrinin mənzil ehtiyaclarını qarşılamaq üçün ilk addımı atılıb:“Qısa müddətdə həyata keçiriləcək layihə üçün Denizli Böyükşəhər Bələdiyyəsinin Qonaq Evi Xidmətləri Əsasnaməsi ilə bağlı qərar verilib. Universitet tələbələri üçün körpələr evi və yataqxana layihəsinin sentyabr ayında başa çatdırılacağı bildirilib”.