Press "Enter" to skip to content

Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat prosesi uzadılıb

Elm və Təhsil Nazirliyi

Son yeniləmə: 20 Avqust 2024 11:59

BAYRAQDAR MEDİA – Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 22 avqust saat 18:00-dək uzadılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “müraciət üçün portal.edu.az platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidməti seçilməlidir. Qeydiyyatla bağlı müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar”.

Mission News Theme by Compete Themes.