Press "Enter" to skip to content

Denizlidə qorunan göldə quraqlıq

Yayla gölü

BAYRAQDAR MEDİA – Denizlinin Buldan rayonunda 1150 metr yüksəklikdə yerləşən Yayla gölü quraqlıq təhlükəsi ilə üzləşib.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Bildirilib ki, “Cümhurbaşqanı Recep Tayyip Erdoğanın imzaladığı Resmi Gazetedə dərc olunan qərarla ciddi qorunan ərazi elan edilən göldə endemik bitkilər və yüzlərlə quş növü var”.
Məlumata görə, son illərdə göldə təmizlik işləri aparılsa da, artan quraqlıq səbəbindən kifayət qədər yağıntı almayan göldə suyun çəkilməsi artmaqda davam edir: “Jurnalist Səməd Kıyakın çəkdiyi görüntülər gölün qurumasını üzə çıxarıb”.

Mission News Theme by Compete Themes.