Press "Enter" to skip to content

“Bakı KOB evi”ndə yeni xidmət

“Bakı KOB evi”

Son yeniləmə: 20 Avqust 2024 13:38

BAYRAQDAR MEDİA – “Bakı KOB evi”ndə daha bir xidmət fəaliyyətə başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi “Bakı KOB evi”ndə həyata keçirilir.

Bu xidmətlərdən istifadə etmək istəyənlər DDLA-nın “Bakı KOB evi”ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

Qeyd edilib ki, “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 300-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.

Mission News Theme by Compete Themes.