Press "Enter" to skip to content

“Ana dili – Azərbaycan məktəbi”nə növbəti qeydiyyat

Qeydiyyat

BAYRAQDAR MEDİA – Avqustun 21-dən Elm və Təhsil Nazirliyinin (ETN) təşəbbüsü ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə növbəti tədris ili üzrə qeydiyyat prosesi elan edilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AGMA-dan daxil olub.

Xəbərdə qeyd olunur ki, ““Ana dili – Azərbaycan məktəbi” Azərbaycandan kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlar üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanı təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda ana dili dərslərinə cəlb olunurlar. Dərslər həftədə 2 dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən peşəkar müəllimlər tərəfindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir”.

Bildirək ki, keçid vasitəsi ilə “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, ötən ildən başlanılan layihəyə Rusiya, İran, Almaniya, ABŞ, Avstraliya, Böyük Britaniya, BƏƏ, Türkiyə, İsveç, Fransa və digər ölkələrdə yaşayan həmvətənlərdən ibarət 30 qrup üzrə 500-dən çox şəxs qoşulub. İki yarımil davam edən layihə 6-18 yaşlı şəxslər üçün nəzərdə tutulsa da, çoxsaylı istəklərə görə 18 yaşdan yuxarılar üçün əlavə 2 qrup təşkil olunub. Layihənin sonunda isə imtahandan uğurla keçən iştirakçılara sertifikatlar verilib.

Mission News Theme by Compete Themes.