BAYRAQDAR MEDİA – Avqustun 23-ü saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantını dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında növbəti aksiya Araz Neftçilər Superstore – Nizami rayonu, Şərifli küçəsi 25 ünvanında yerləşən filialında təşkil olunacaq.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcək. Nazirlik “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tullantıların düzgün idarə olunmasına yönəlmiş belə aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırıb”.