Press "Enter" to skip to content

İxtisas seçimi başa çatır

Son yeniləmə: 19 Avqust 2024 10:28

BAYRAQDAR MEDİA – Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “19 avqust saat 09:30-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 78514 abituriyent ərizəsini təsdiq edib. 1762 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib. İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək”.

Məlumatda daha sonra deyilir: “İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər. Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər”.

Mission News Theme by Compete Themes.