BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (İTC) sözçüsü Mehmet Seman Ağaoğlu açıqlamasında İTK-nın heç bir gizli razılaşmaya girmədiyini bildirib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata görə, açıqlamada deyilir: “İraq Türkmən Cəbhəsi olaraq nəzərinizə çatdırırıq ki, “Ər-Rəşid” otelində keçirilən sessiyada heç bir tərəflə danışıqlara getməmişik. Bu mövzuda yayılan söz-söhbətlərin əsassız olduğunu, biz İraq Türkmən Cəbhəsi olaraq millətimizin istək və tələblərinə sonsuz sadiq olduğumuzu bəyan edirik. İraq məhkəmə sisteminin ədalətli qərarını gözləyərkən, milli mövqeyimizdən heç vaxt güzəştə getməyəcəyik”.