Son yeniləmə: 19 Avqust 2024 17:55
BAYRAQDAR MEDİA – Azərbaycan və Qazaxıstanın Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonunda “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təlimi keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “təlimdə iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Qazaxıstana səfər edib. Təlim avqustun 24-dək davam edəcək”.