Press "Enter" to skip to content

Aerokosmik İnformatika İnstitutunun əməkdaşları MEK-də

MEK-in qonaqları

BAYRAQDAR MEDİA – Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, Prezident təqaüdçüsü, Əməkdar müəllim, texnika elmləri doktoru, Prof. Elçin İsgəndərzadənin rəhbərliyi ilə institutun bir qrup əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “qonaqlar MEK-in Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın müşayiəti ilə kitabxananın ayrı-ayrı zallarını və şöbələrini gəzib, zəngin fondu haqqında geniş məlumat əldə ediblər. Sonda dəyirmi masa ətrafında keçirilən görüşdə ziyarətçilər Azərbaycanın bu elm məbədində yaradılmış ali mühitdən məmnunluqlarını ifadə ediblər. Görüş zamanı kitabxana işi ilə əlaqəli maraqlı fikirlər səsləndirilib”.

Mission News Theme by Compete Themes.