Press "Enter" to skip to content

“Yaşıl dünya naminə həmrəylik ili”nə növbəti töhfə

Təbiət bir kitabdır

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən hazırlanmış “Təbiət bir kitabdır” adlı nəşr işıq üzü görüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “ölkədə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ərsəyə gələn bu kitabda təbiət və ətraf mühitin mühafizəsinə, eləcə də həyatın başlanğıcı olan su, od, torpaq və s. kimi komponentlərə dair aforizmlər və müdrik fikirlər yer alıb. Ən qədim dövrlərdən bugünə qədər dünya elm tarixində iz qoymuş filosofların, elm adamlarının, görkəmli şəxsiyyətlərin elmə gətirdiyi müdrik fikir və aforizmləri burada “Təbiət”, “Ekologiya və ətraf mühit”, “Kainat, hava, səma, ay, ulduzlar və bulud”. “Günəş və od”, “Torpaq”, “Su”, “Dəniz, okean və çay”, “Yağış”, “Külək”, “Fəsillər”, “Dağ”, “Meşə”, “Ağaclar”, “Çiçəklər və bitkilər”, “Canlılar aləmi” bölmələri üzrə toplanıb. Təqdim olunan nəşr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin təbiət və ekoloji vəziyyət haqqında fikirləri, eləcə də ölkə başçısının 25 dekabr 2024-cü il tarixli müvafiq Sərəncamı ilə başlayır”.

Daha sonra xəbərdə, “495 səhifədən ibarət olan sözügedən kitabın elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru Dos. Hüseyn Hüseynov, toplayıb tərtib edən MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin rəhbəri Səyyarə Məmmədova, redaktorlar MEK-in İnsan resursları şöbəsinin müdiri Sevinc Əliyeva və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyeva, korrektoru isə Alidə Həsənovadır” deyə qeyd olunur.

Onu da qeyd edək ki, MEK tərəfindən dünya kitabxanalarında ekologiya və ətraf mühitin qorunması, dayanıqlı inkişafa dəstək istiqamətində həyata keçirilən yaşıl hərəkata qoşulmaq məqsədilə hazırlanan bu nəşri oxucular kitabxananın saytına daxil olaraq onlayn şəklində də oxuya biləcəklər.

Mission News Theme by Compete Themes.