BAYRAQDAR MEDİA – İyulun 11-dən başlanılan 2024-2025-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesi davam edir.
Bu haqda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaydığı xəbərdə qeyd edilir.
Xəbərdə deyilir ki, “hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə məktəb və müəllim seçimi aparılır. Bu günə qədər ümumilikdə 71 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib. 2024-2025-ci tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbulu proqnozlaşdırılan uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir”.
Sonra xəbərdə, “tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq Agentlik bildirib ki, övladlarının 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər” deyə bildirilir.