Press "Enter" to skip to content

Qarabağ Universitetində yeni təyinat

Qarabağ Universiteti

BAYRAQDAR MEDİA – Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanın ən nüfuzlu universiteti olan Eötvös Lorand Universitetinin Təhsil və psixologiya fakültəsinin doktorantura pilləsinə qəbul alan Orxan Abdullayev Qarabağ Universitetində Pedaqoji fakültədə assistent vəzifəsinə təyin olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “O.Abdullayev 1995-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində (ADU) İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2017-2019-cu illərdə Almaniyanın Johannes Mainz Quttenber Universitetində Sosiolinqvistika və çoxdillilik ixtisası, 2019-2021-ci illərdə Romanın La Sapienza Universitetində isə İngilis və Anglo-Amerikan tədqiqatları üzrə ikinci magistr təhsili alıb. 2021-2023-cü illərdə HTP çərçivəsində Eötvös Lorand Universitetində Təhsil Elmləri ixtisası üzrə magistr proqramını bitirib”.

Hazırda O.Abdullayev HTP çərçivəsində Eötvös Lorand Universitetində Təhsil texnologiyaları üzrə doktorantura təhsili alır, “Süni İntellekt və onun təhsildə istifadəsi” üzrə tədqiqat işləri aparır.

Mission News Theme by Compete Themes.