Press "Enter" to skip to content

“Mövlud belə deyirdi” kitabı

Mövlud belə deyirdi

BAYRAQDAR MEDİA – Mərhum yazıçı Mövlud Mövludun yubileyinə ithafən “Gündəlik Teleqraf” qəzetində çap olunmuş məqalələrindən ibarət kitab nəşr edilib.

Nəşr haqqında araşdırmaçı, yazıçı Dilqəm Əhməd BAYRAQDAR MEDİA-ya məlumat verib: “Mərhum yazıçımız Mövlud Mövludla bir müddət “Gündəlik Teleqraf” qəzetində birgə işləmişdik. O, ədəbiyyat və mədəniyyət şöbəsinin redaktoru idi. Qəzetdə müntəzəm köşə yazıları qələmə alırdı. Naşirimiz Yusif İlhamoğlu ilə birgə qərara aldıq ki, onun 35 illiyinə bu qəzetdəki yazılarını hazırlayaq. Qəzetin rəhbəri Aynur Camalqızının da icazəsini aldıqdan sonra redaksiya arxivində çalışdıq və bir sıra yazılarını topladıq. Nəticədə münasib bildiyimiz, aktuallığını qoruyan bir sıra yazılarından ibarət bu kitab ərsəyə gəldi. Kitabın həm Bakıda, həm Qazaxda təqdimatı olacaq, oxuculara təmənnasız veriləcək. İnşallah, hər il mərhum yazıçı dostumuzla bağlı bu səpkili planlarımız olacaq”.

Qeyd edək ki, Mövlud Abdullayev Mövlud Mövlud imzası ilə tanınıb. O, 16 mart 2017-ci ildə özünü yaşadığı binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.

Mission News Theme by Compete Themes.