Press "Enter" to skip to content

Fəvvarədən su içən pişik – VİDEO

Denizli şəhərində maraqlı görüntü

Son yeniləmə: 16 Avqust 2024 10:29

BAYRAQADR MEDİA – Qardaş Türkiyənin Denizli şəhərində mövsümi normalardan xeyli yüksək olan temperatur təkcə insanlara deyil, heyvanlara da mənfi təsir göstərir.

Bu barədə haberdenizli.com saytı məlumat yayıb.

Məlumata görə, Denizlidə günorta saatlarında termometrlər 43 dərəcəni göstərib: “Həddindən artıq istidən təsirlənən pişik Denizli Şəhərlərarası Avtovağzalda bir iş yerinin qarşısına qoyulan fəvvarədən su içib. Fəvvarədən su içərək sərinləməyə çalışan şirin pişik ətrafdakı izdihama məhəl qoymayaraq bu təbii sərinlikdən yararlanıb”.

Susuzluqdan boğulan pişiyin bu hərəkətləri vətəndaşlar tərəfindən maraqla izlənilib və mobil telefonlarına lentə alınıb.

Mission News Theme by Compete Themes.