Press "Enter" to skip to content

Türkmənistanda SİM kart satışı dayandırıldı

Simkart

Son yeniləmə: 15 Avqust 2024 12:48

BAYRAQDAR MEDİA – Türkmənistanın yeganə mobil rabitə operatoru olan “Altın Asır” mobil telefonlar üçün yeni SİM kartların satışını dayandırıb.

Bu barədə Azatlik Radiosunun Türkmənistan xidmətinə istinadən Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata əsasən, vəziyyətdən xəbərdar olan Aşqabad sakini bildirib ki, şirkət yeni pasport almış 16 yaşlı vətəndaşlara sim kart satmaqdan imtina edir: “Şirkət rəsmiləri pulsuz telefon nömrələrinin olmamasını əsas gətirərək SİM kartların satışını dayandırdıqlarını bildiriblər. Əvvəllər SİM kart almaq istəyənlər növbəyə düzülürdüsə, bu praktikaya da son qoyulub. “Altın Asır” rəsmiləri mövcud sim kartların sayını artırmaq üçün texniki imkanlarının olmadığını bildiriblər”.

Məlumatda o da bildirilir ki, “ötən ilin yazından yeni SİM kart satışına məhdudiyyət qoyulub. Oktyabr ayında SİM kart almaq istəyənlər üçün uzun növbələr yaranıb və bu növbələrin 2024-cü ilin yazına qədər dolu olduğu bildirilib”.

Mission News Theme by Compete Themes.