BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması e-müraciət sistemi vasitəsi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.
Bu haqda bilgi BAYRAQDAR MEDİA-ya sözügedən Agentlikdən daxil olub.
Xəbərdə qeyd olunur ki, “elektron müraciət sisteminin daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır. Bunu nəzərə alaraq, elektron müraciət sistemi vasitəsi ilə yeni ərizələrin qəbulu 15 avqust 2024-cü il tarixindən 01 sentyabr 2024-cü il tarixinədək dayandırılır”.