Press "Enter" to skip to content

Bolqarıstan 2025-ci ildə avrozonaya daxil ola bilər

Bolqarıstanın müvəqqəti hökuməti

Son yeniləmə: 15 Avqust 2024 08:58

BAYRAQDAR MEDİA – Bolqarıstanda müvəqqəti hökumətin baş naziri Dimitar Qlavçev Nazirlər Şurasının iclasında çıxış edərkən bəzi vacib məsələlərə toxunub.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Məlumata görə, baş nazir “Biz Bolqarıstanın əsas məqsəd və prioritetlərini qoruyub saxlamışıq. Çox güman ki, bu, bizim sonuncu adi görüşümüz olacaq. Biz balansımızı təqdim etməyə davam edirik: 4 ay yüksək templə işlədik”süyib.

O, səlahiyyət müddətində 20 qanun layihəsi təqdim etdiklərini bildirərək, Bolqarıstanın avroya keçidlə bağlı qanunu xüsusi qeyd edib: “Bu qanun bizim Avrozonaya daxil olmağımıza hazırlıq sayılır. Ümid edirəm ki, ilin sonuna qədər yekun şərtləri yerinə yetirəcəyəm və bu üzvlük 2025-ci ildə reallığa çevriləcək”.

Mission News Theme by Compete Themes.