Press "Enter" to skip to content

BMT Baş Assambleyası Özbəkistanın təşəbbüsünü bəyənib

BMT

Son yeniləmə: 15 Avqust 2024 08:50

BAYRAQADR MEDİA – BMT Baş Assambleyası Özbəkistanın təşəbbüsü ilə irəli sürülən qətnaməni qəbul edib.

Bu barədə platina.uz saytı məlumat yayıb.

Məlumata görə, 2024-cü il avqustun 13-də BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında BMT Baş Assambleyası yekdilliklə “Davamlı meşələrin yaradılması, deqradasiyaya uğramış və qurumuş ərazilərdə ağac əkilməsi və təşviqi – ekoloji problemlərlə mübarizənin effektiv həlli” adlı qətnamə qəbul edib.

Qeyd edilib ki, bu qərar Özbəkistan Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən, şəhər və kənd ərazilərinin yaşıllaşdırılması yolu ilə biomüxtəlifliyin qorunması və bərpasına yönəlmiş “Yaşıl məkan” milli proqramının konsepsiyası əsasında hazırlanıb: “Sənəddə Şavkat Mirziyoyevin Baş Assambleyanın 78-ci sessiyasında və BMT-nin 28-ci İqlim Konfransında iqlim dəyişikliyi və torpaqların deqradasiyası ilə səmərəli mübarizəyə dair verdiyi əsas təkliflər öz əksini tapıb”.

Mission News Theme by Compete Themes.