Press "Enter" to skip to content

BDU komandaları “TEKNOFEST-2024”ün son mərhələsində

Teknofest

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət iki komandasının layihəsi “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının son mərhələsinə vəsiqə qazanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “BDU-nun “BSU Creativity Works” komandasının “Irrigo” layihəsi “Aqrar texnologiyalar” kateqoriyasında finala çıxıb. Əşyaların interneti (IoT) texnologiyasına əsaslanan bu sistem sayəsində əkin sahələrinin, tarlaların və istixanaların uzaqdan monitorinqi həyata keçirilə bilər. Sahəyə aid 20-dən artıq parametri (torpaq nəmliyi, UV miqdarı, istilik, torpaqda duzlaşma miqdarı, Ph dəyəri, CO2 səviyyəsi, gübrə miqdarı və s.) mobil tətbiq vasitəsi ilə canlı olaraq monitorinq etmək mümkün olacaq. Sahibkarlar eyni zamanda bu sistem vasitəsi ilə yuxarıda qeyd edilən parametrləri uzaqdan idarə edə biləcəklər. Nəticədə aqrar sahədə insan əməyinin və maddi qaynaqların istifadəsi minimuma endiriləcək. Bu layihə eyni zamanda kənd təsərrüfatı sahələrini kamera nəzarətində saxlamaq, səmərəlilik və davamlılıq, ətraf mühitin təsirlərindən qorunmaq, pul və vaxta qənaət, kənd təsərrüfatında insan əməyinin azaldılması kimi məqsədləri daşıyan multidissiplinar məhsul kimi hazırlanıb. Sistem daxilində zərəvericiləri ərazidən və məhsuldan uzaqlaşdıran xüsusi səs sisteminə də yer veriləcək”.

Daha sonra xəbərdə, “əlavə olaraq layihə çərçivəsində sintezlənən Super Absorbent Polimer (SAP) hidrogellər sayəsində parklarda, magistral yol kənarı yaşıllıq ərazilərdə suvarma sisteminə ehtiyac olmadan torpağın nəmlik dərəcəsini tarazlıqda saxlaya bilən sistem yaradılıb. BDU-nun “TEKNOFEST-2024”ün finalına vəsiqə qazanan “ESST-6” komandasının “E-tarım sulama” layihəsinin isə əsas məqsədi kiçik maliyyəli və yüksək keyfiyyətə malik ağıllı suvarma texnologiyasının yaradılması və onun praktiki fəaliyyətinin araşdırılmasıdır. Belə ağıllı suvarma sistemləri bitkiləri ehtiyacları olduğu qədər su ilə təmin edərək, su israfını maksimum səviyyədə azaldır və su sərfiyyatını effektiv şəkildə idarə edir” deyə bildirilir.

Layihə çərçivəsində hazırlanması nəzərdə tutulan ağıllı damcı sulama sistemi suvarma proseslərini daha effektiv və sürətli hala gətirərək, kənd təsərrüfatı sahəsində çalışan insanlara daha yüksək məhsuldarlıq əldə etmək imkanı yaradır.

Mission News Theme by Compete Themes.