Press "Enter" to skip to content

Azərbaycanlı tələbələr Latviyada təqaüdlə təhsil alacaq

EATDA

BAYRAQDAR MEDİA – Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2024-2025-ci tədris ili üzrə 8 azərbaycanlı tələbə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Latviyada təhsil alacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.

Xəbərdə deyilir ki, “seçim barədə Latviyanın tərəfindən verilən yekun qərar nəticəsində sözügedən 8 nəfər Riga Technical University, University of Latvia, Turība University və digər ali təhsil müəssisələrində müxtəlif səviyyələrdə təhsil almaq hüququ qazanıb”.

Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 25 ölkə üzrə Azərbaycan ilk beşlikdə yer alır.

Mission News Theme by Compete Themes.