Press "Enter" to skip to content

Xəzəryanı ölkələr Türkmənistanda bir araya gəlib

Xəzər dənizi

Son yeniləmə: 14 Avqust 2024 11:00

BAYRAQDAR MEDIA – Türkmənistanın Avaza şəhərində “Dayanıqlı İnkişaf naminə Xəzər Dənizi Əməkdaşlıq Konfransı” keçirilib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “Türkmənistan Prezidenti Serdar Berdimuhamedov iştirakçılara ünvanladığı təbrikdə Türkmənistanın Xəzər dənizini sülh, etimad və dostluq dənizinə çevirmək üçün hər cür səyi dəstəklədiyini bildirib və region ölkələrini əməkdaşlığa dəvət edib”.

Məlumata görə, konfransda Türkmənistanın xarici işlər naziri və Nazirlər Şurasının sədr müavini Rəşid Meredov, Xəzər dənizi ilə həmsərhəd beş ölkənin (Qazaxıstan, Rusiya, Türkmənistan, Azərbaycan, İran) nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, müxtəlif sektorlardan olan alim və ekspertlər iştirak ediblər. Hər il keçirilən “Xəzər dənizi: Davamlı İnkişaf naminə Əməkdaşlıq Konfransı” çərçivəsində bioloji müxtəlifliyin qorunması məqsədilə sahilyanı ölkələr arasında ekoloji, ticari və siyasi əməkdaşlığın inkişaf etdirilməsi gözlənilir”.

Mission News Theme by Compete Themes.